Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Jorj-Şarl Dantes: Puşkinlə ölümcül görüş
20 oktyabr 1833-cü ildə Peterburqa gənc bir fransız — Jorj-Şarl Dantes gəldi. Gözəl, parlaq kavalerqard, Peterburq cəmiyyətinin və qadın qəlblərinin sevimlisi. O zaman heç kim onun görünüşünün rus ədəbiyyatı üçün hansı faciəyə çevriləcəyini təsəvvür edə bilməzdi.
1835-ci ildə Aniçkov sarayında keçirilən balda o, dahi rus şairi Puşkinin həyat yoldaşı Natalya Puşkina ilə tanış oldu və onun dərdindən dəli-divanə oldu. Sonra hər kəsin bildiyi dəhşətli hadisələr baş verdi – ölümcül duel, böyük şairin ölümü, məhkəmə, rütbədən məhrum edilmə və Dantesin Rusiyadan sürgün edilməsi
Dantes uzun ömür yaşadı (83 il), parlaq siyasi karyera qurdu və Fransa senatoru vəzifəsinə qədər yüksəldi.
Artıq qocalmış çağında ona rus puşkinşünası A. F. Onegin baş çəkmiş və uzun illər sonra ondan soruşmuşdu:— Bəs necə oldu ki, siz bir dahiyə əl qaldırmağa cürət etdiniz?!
Qoca Dantes səmimi təəccüblə etiraz etmişdi:
— Qulaq asın, axı o da məni öldürə bilərdi! Bunun əvəzində mən sonradan Fransa senatoru oldum.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az