Püşkü Qurban Qurbanov çəkdi Şəkillər

12.03.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, bu gün Bakıda minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

QOL.az-ın məlumatına görə, mundialda iştirak edəcək 32 komanda 8 qrupda yarışacaq. Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin qrupdakı rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub. 

Qeyd edək ki, püşkatmada komandaların adlarını səbətdən  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, fəxri qonaq kimi tədbirə qatılan Portuqaliya millisinin sabiq üzvü Nani və Azərbaycanın minifutbol üzrə millisinin kapitanı Seymur Məmmədov çəkib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью