Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Pussycat Dolls” qrupu rəsmi olaraq turla səhnələrə qayıtdı.
OLAY yazır ki, “Don’t Cha” mahnısı ilə tanınan qızlar qrupu hazırda Nikol Şerzinger, Eşli Roberts və Kimberli Uayattdan ibarətdir. Heyət sentyabrın 9-da Danimarkanın Kopenhagen şəhərindəki “Royal Arena”da “PCD Forever” turuna start verib.
Bu tur qrupun debüt albomu “PCD”nin 20 illiyinə həsr olunub və onların təxminən iki onillik ərzində ilk böyük birgə konsert turudur.