Putin 120 gün vaxt verdi

09.06.2026

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya ordusu noyabr ayınadək Ukraynanın Donbas bölgəsini ələ keçirə bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu ukraynalı hərbi analitik mayor Aleksey Getman deyib.

Ekspert Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa göndərdiyi məktubda noyabra qədər bütün Donbas bölgəsinin ələ keçiriləciyi ilə bağlı fikrini belə şərh edib:

“Putinin Trampa göndərdiyi məktubda nə yazıldığını gördünüz. Onun Alyaskadakı görüşdən əvvəl Trampa Donbası tamamilə ələ keçirmək üçün 60 günə ehtiyac olduğunu dediyini də xatırlayırıq. Həmin 60 gün 2025-ci il sentyabrın 2-də başa çatıb. Bundan 10 gün sonra isə müharibənin dayandırılması üçün 50 gün lazım olduğunu bildirmişdi. Trampa demək lazımdır ki, Putin əvvəllər də Donbas barədə belə açıqlamaları verib.

İndi də noyabrdan danışırlar, həmin müddətdə də bunun öhdəsindən gələ bilməyəcək. İndi 100 gündən çox vaxt var. O vaxt olmamışdı, bu dəfə də olmayacaq. Artıq 60 gün keçib, qarşıda 120 gün var. Bir il əvvəl isə 60 gün idi. Əgər buna sağlam düşüncəli bir insanın reaksiya verməli olduğu kimi reaksiya verməsə, onda Trampın rəğbətinin kimə olduğunu təxmin edə bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью