“Putin 2027 ci ilin yanvarında ölsə...”

16.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Putin 2027-ci ilin yanvarında ölsə, Avropanı, xüsusilə də Ukraynanı və NATO-nu nə gözləyir? Rusiyaya kim rəhbərlik edəcək? Tarixin gedişatı necə dəyişəcək?”

“Cebheinfo.az”-ın məlumatına gtörə, ABŞ-nin nüfuzlu beyin mərkəzlərindən olan “RAND” Korporasiyası tərəfindən belə bir yazı hazırlanıb. Qeyd edək ki, şirkət ABŞ hökuməti və Pentaqon tərəfindən sifarişli tədqiqatlar aparır. Tədqiqatçılar gələcəyi proqnozlaşdırmaq əvəzinə, bir neçə mümkün ssenarini modelləşdirir, onların nəticələrini qiymətləndirir və müxtəlif şəraitdə - hətta reallıq öz ssenarisini yazdıqda belə, təsirli qalacaq həll yolları axtarırlar.

Beləliklə, əgər Putin üç ay ərzində təbii səbəblərdən ölsə, ən yüksək ehtimalla hakimiyyət xüsusi xidmət orqanlarının yüksək rütbəli nümayəndəsi - hipotetik olaraq Federal Təhlükəsizlik Xdimətinin generalı tərəfindən ələ keçiriləcək. 2027-ci ilin aprelində Rusiyanın yeni prezidentinin rəhbərliyi altında Ukraynaya qarşı müharibə dondurulur. Lakin qarşıdurma davam edir. 2028-ci ilin yanvar ayına qədər Kremlin yeni ağası əsasən daxili problemlərə diqqət yetirəcək. 

O, öz mövqeyini gücləndirərək hakimiyyət dəhlizlərində kadr dəyişiklikləri həyata keçirəcək. Bundan sonra isə Avropa ölkələrinə qarşı hibrid kampaniya ilə başlayan daha bir təcavüz dalğası gəlir. Ehtimal olunan hədəf Estoniyadır. “RAND” Korporasiyasının ssenarisinə görə, “Estoniya xüsusi əməliyyatı” 2030-cu ilin may ayında başlayır. Təcavüzkar Narvada etirazlar təşkil edir. Onlar iğtişaşlara çevrilir və Estoniya hakimiyyəti asayişi bərpa etməyə çalışır. Rusiyanın yeni hökmdarı “xalqımızı döyürlər” şüarı altında Narvaya qoşun yeridir.

İndi isə Amerika analitiklərinin qiymətləndirmələrində NATO-nun roluna gəldikdə, Kremlin hesablamalarının əksinə olaraq, Alyans təcavüzə cavab verir. Buna baxmayaraq, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsini tətbiq edilir və Estoniyanı müdafiə etmək üçün qoşun göndərilir. Rusiya və NATO qüvvələrinin iştirakı ilə tammiqyaslı hərbi əməliyyatlar iyun ayında başlayır.

Narvanı işğal etdikdən sonra yeni rus diktatoru əməliyyatın başa çatdığını elan edir və Alyansa atəşkəs təklif edir. 2031-ci ilin yanvar ayına qədər müharibədə faktiki olaraq fasiləyə edilir və bu müddət ərzində “sülh danışıqları” davam edir. Amerikalı analitiklərin ümumi qənaəti bundan ibarətdir ki, Putin yanvar ayında “ölsə” belə, Avropanın təhlükəsizliyinin gələcəyi sual altındadır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Putin NATO

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью