Putin 9 yaşlı gimnastı alnından öpdü

27.04.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putinin balaca idmançıya qarşı səmimi hərəkəti sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Dövlət başçısının uşaqlarla görüşü zamanı yaranan mənzərə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, hadisə Rusiya liderinin A.S. Raxlin adına Olimpiya Məktəbinə ziyarəti zamanı baş verib. Vladimir Putin burada məşq edən yeniyetmə idmançılarla yaxından maraqlanıb və onlarla söhbət edib. Jurnalist Pavel Zarubinin paylaşdığı görüntülərdə prezidentin balaca gimnastlardan birinə xüsusi diqqət ayırdığı görünür. O, gimnast qızın alnından öpərək ona olan rəğbətini nümayiş etdirib.
Jurnalist qeyd edib ki, balaca idmançının istedadı və çıxışı dövlət başçısını heyran qoyub. Görüşün sonunda Rusiya Prezidenti bütün idmançılara gələcək yarışlarda uğurlar və yeni qələbələr arzulayıb.
Qeyd edək ki, bu, Putinin uşaqlara qarşı ilk belə davranışı deyil. O, daha əvvəl də müxtəlif rəsmi səfərlər və görüşlər zamanı uşaqlara qarşı bu cür səmimi münasibəti ilə yadda qalıb.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью