Putin: ABŞ ilə heç bir müqavilə imzalanmadı

29.06.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ prezidenti Donald Trampla Ankoricdə keçirilən görüş zamanı Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı heç bir sənəd imzalanmayıb.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, tərəflər yalnız təklif olunan kompromis yanaşmanı qəbul ediblər.
Putin bu barədə Rusiyanın "Rossiya-24" dövlət kanalına müsahibəsində danışıb. O qeyd edib ki, mühüm infrastruktur, xüsusilə enerji obyektlərinə edilən hücumlar yanacaq təchizatında müəyyən çətinliklər yaradıb. "Hazırda müəyyən təchizat çatışmazlığı yaşayırıq, lakin vəziyyət kritik deyil", – deyə o bildirib.
Rusiya lideri əlavə edib ki, yaranmış problemin aradan qaldırılması üçün texniki işlər sürətlə tamamlanmalı, tələb olunan həcmdə idxal təmin edilməli və strateji obyektlərin mühafizəsi gücləndirilməlidir.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью