Putin: ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair mümkün razılaşmanın Moskvaya aidiyyəti yoxdur

25.02.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ və Ukrayna arasında yeraltı sərvətlərə dair mümkün razılaşmanın Moskvaya aidiyyəti olmadığını bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya lideri bu barədə “Rossiya 1” telekanalındayayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya ABŞ-yə nadir torpaq metalları sahəsində birgə işləmək imkanı təklif etməyə hazır olardı.

Putin vurğulayıb ki, Ukraynanın nadir yeraltı resursları hələ də qiymətləndirmə tələb edir:

"Rusiya nadir torpaq metallarının işlənməsi, o cümlədən yeni regionlarda xarici tərəfdaşlarla işləməyə hazırdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью