Putin ad günündə ordudan hesabat istədi

08.10.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya prezidenti Vladimir Putin ad gününü Sankt-Peterburqda keçirib. 

Ölkə.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskovun məlumatına görə, Putin Sank-Peterburqda Petropavlivsk qalasındakı Petropavlovsk kafedralını ziyarət edib və qoşunların komandirləri ilə görüş keçirib, onlar cəbhədəki vəziyyət barədə məlumat veriblər. 

Peskov əlavə edib ki, Putini səfərdə müdafiə naziri Andrey Belousov, FSB-nin direktoru Aleksandr Bortnikov, Baş Qərargah rəisi Valeri Gerasimov, müxtəlif qoşun qruplarının komandirləri müşayiət ediblər.

O həmçinin bildirib ki, Putin onlarla birlikdə I Pyotrun məzarı üzərinə gül dəstələri qoyub və kilsənin rektoru ilə danışıb.

Sankt-Peterburqda keçirilən müşavirədə Baş Qərargah rəisi Gerasimov, eləcə də qoşun qruplarının komandirləri cəbhələrdəki əməliyyat vəziyyəti barədə Putinə ətraflı məruzə ediblər.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью