Putin alma və balığın qiymətindən danışıb

03.09.2026

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Uzaq Şərq Federal Dairəsində almaların daha baha, balıq və dəniz məhsullarının isə daha ucuz olması regionun özünəməxsus xüsusiyyətləri ilə bağlıdır.

Marja xəbər verir ki, bunu Putin bunu Şərq İqtisadi Forumunun (ŞİF) plenar sessiyasında çıxışı zamanı deyib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

“Burada bir kiloqram almanın qiymətini Rostovdakı qiymətlə müqayisə etsək, yəqin ki, Rostovda daha ucuzdur. Çünki orada istehsal etmək daha asandır və məhsulu heç yerə daşımaq lazım deyil, elə yerindəcə istehlak olunur... Siz almadan danışdınız, amma balıq və dəniz məhsullarını soruşun – burada onların həcmi daha çoxdur və qiymətləri Rusiya üzrə orta göstəricidən aşağıdır. Bunlar sadəcə Rusiya Federasiyasının regionlarının xüsusiyyətləridir”, – Putin bildirib.

Şərq İqtisadi Forumu 1–4 sentyabr tarixlərində Vladivostok şəhərində keçirilir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью