Putin APEC sammitində çıxış edib

18.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində çıxış edib. O, Rusiya iqtisadiyyatının əsas göstəricilərini açıqlayıb və APEC-in logistika çərçivəsini gücləndirməyə çağırıb.

Məlumatıə “Kommersant” verib. 

Putin bildirib ki, Rusiya sanksiyaların sınağından uğurla keçib – Qərb hələ də iqtisadiyyatın inkişafına mane olsa da, buna nail ola bilmir. Eyni zamanda, o, Avropa Birliyinin Rusiya bazarından və Rusiyadan ucuz enerji resurslarından imtina etməyə uyğunlaşa bilmədiyini, buna görə də Aİ-nin iqtisadi mövqeyini və potensialını itirdiyini bildirib.

RF prezidenti qeyd edib ki, son üç ildə Rusiyanın ÜDM-i 10%-dən çox artıb. O, ölkədə inflyasiyanın nəzarət altında olduğunu və dövlət borcunun və işsizlik səviyyəsinin dünyada ən aşağı səviyyələrdə olduğunu qeyd edib.

Prezident əlavə edib ki, qlobal iqtisadiyyat son 15 ildə tektonik dəyişiklik keçirib, Asiya-Sakit Okean regionu qlobal ticarətin mərkəzinə çevrilib. Dövlət başçısı Rusiyanın regional tərəfdaşlarla texnologiyanı bölüşməyə, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə investisiya qoymağa, kənd təsərrüfatı məhsulları və gübrələrinin tədarükünü artırmağa hazır olduğunu deyib.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью