Putin atəşkəs elan etdi

19.04.2025

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Pasxa atəşkəsi elan edib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, Kremldə keçirilən görüşdə Rusiya lideri Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun döyüş təmas xəttindəki vəziyyətlə bağlı məruzəsini dinləyib və Rusiya tərəfinin aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək bütün hərbi əməliyyatları dayandıracağını bildirib.

"Humanitar mülahizələri rəhbər tutaraq, bu gün saat 18:00-dan bazar ertəsindən gecə yarısına qədər Rusiya tərəfi Pasxa atəşkəsi elan edir. Bu müddət ərzində bütün hərbi əməliyyatların dayandırılmasını əmr edirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью