Putin atəşkəs üçün əsas şərti açıqlayıb

18.03.2025

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa deyib ki, Ukrayna ətrafındakı vəziyyətin sülh yolu ilə həlli Kiyevə hərbi yardımın tamamilə dayandırılmasını tələb edir.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti telefon danışığından sonra məlumat yayıb.

“Vurğulanıb ki, münaqişənin genişlənməsinin qarşısının alınması və onun siyasi-diplomatik vasitələrlə həllinə çalışmağın əsas şərti xarici hərbi yardımın və Kiyevə kəşfiyyat məlumatlarının verilməsinin tamamilə dayandırılması olmalıdır”, – məlumatda bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью