Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin “Perm” yeni nüvə sualtı gəmisinin suya buraxılmasına icazə verib.
Axar.az xəbər verir ki, mərasim dövlət başçısının Murmansk vilayətinə səfəri zamanı baş tutub.
“Perm” Rusiyanın 4-cü nəsil çoxməqsədli nüvə sualtı qayığıdır. Bu, “Sevmaş” tərəfindən inşa edilən 885/885M layihəli “Yasen” ailəsinin altıncı gəmisidir.