“Putin Avropa sərhədlərinə əlavə qoşunlar yerləşdirməyə hazırlaşır” ABŞ nəşri

29.04.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya lideri Vladimir Putin hərbi bazalarını genişləndirir və Avropa sərhədlərinə əlavə qoşunlar yerləşdirməyə hazırlaşır.

Bu barədə ABŞ nəşri “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya Petrozavodskda və Finlandiya sərhədinə yaxın digər ərazilərdə hərbi bazalarını genişləndirir. Hərbi ekspertlər hesab edirlər ki, Finlandiya sərhədindəki aktivlik Moskvanın NATO ilə mümkün münaqişəyə hazırlığının tərkib hissəsidir.

Nəşr bildirir ki, əsgərlərin sayının 1,5 milyona çatdırılması çərçivəsində yeni əsgərlərin əksəriyyəti Estoniya, Latviya və Finlandiya ilə həmsərhəd olan Leninqrad Hərbi Dairəsinə köçürüləcək. Həmçinin kiçik briqadaların sayı üç dəfə artırılaraq 10000 nəfərlik diviziyaya çevriləcək.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью