Putin Avropadakı etirazlarla bağlı ittihamları rədd etdi

26.10.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin Avropadakı etirazların təşkilində Moskvanın rolunun olması ilə bağlı ittihamları rədd edib və nümayişlərin səbəbini Avropa hökumətlərinin yol verdiyi səhvlərlə əlaqələndirib.

Turkustan.az xəbər verir ki, Putin Rusiyanın dövlət kanalı “Vesti”yə açıqlamasında Avropadakı etirazlar, miqrasiya məsələləri və enerji bazarındakı vəziyyət barədə danışıb.

Rusiyanın Avropada etirazları qızışdırdığı ilə bağlı ittihamlara münasibət bildirən Putin deyib: “Avropanın böyük şəhərlərində kütləvi nümayişləri qızışdırdığımızı demək, həqiqətən də, şişirtmədir. Düşünürəm ki, bu, Avropa ölkələrindəki adi vətəndaşlar üçün də aydındır”.

Putin Avropadakı etirazların səbəblərinin hökumətlərin öz siyasətində axtarılmalı olduğunu bildirib. Onun sözlərinə görə, Avropa ölkələrinin rəhbərləri iqtisadiyyat və maliyyə də daxil olmaqla, müxtəlif sahələrdə səhvlərə yol veriblər.

Rusiya prezidenti əlavə edib ki, bəzi Avropa liderləri yaranmış problemlərə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə, başqa ölkələri günahlandırırlar. O, bunu həmin liderlərin baş verənlərə görə məsuliyyət daşımaq istəməməsi ilə əlaqələndirib.

Aytən Yaşar/Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью