Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kreml ABŞ-nin əlində Avropaya qarşı alətə çevrilib , Vaşinqton və Pekin arasında var-gəl edirRusiya-Ukrayna müharibəsində sülhə nail olmaq üçün ABŞ-Ukrayna və ABŞ-Rusiya danışıqları real nəticə vermir.
Ukrayna Prezidenti Volodimir Zelenskini kapitulyasiyaya məcbur etməklə dayanıqlı sülhə nail olunmayacaq.
Bəlkə elə sözdə bir cür, əməldə başqa cür davranan Donald Tramp da məhz bunu istəyir və danışıqlar onun üçün sadəcə bəhanədir?...
Bəzi nəzəriyyələrə görə, Donald Trampın və xüsusilə də ABŞ dərin dövlətinin bu müharibə ilə bağlı öncədən bəlli olan, lakin hamıdan gizlədilən hansısa planı var.
Böyük ehtimalla həmin planın sürətlə həyata keçirilməsi müəyyən obyektiv səbəblərə görə hələ ki, mümükün deyil.
Ona görə də sülhün “düyünlənməsi” heç də Zelenskinin inadkarlığından və ya Putinin tələblərindən geri çəkilməməsindən irəli gəlməyə bilər.Əlbəttə, ilk baxışda elə təsəvvür yaranır ki, Tramp Rusiya-Ukrayna müharibəsini yekunlaşdrmaq istəyir, lakin buna dəfələrlə cəhd etsə də heç nə alınmır.
Trampın müharibəni hansı şərtlərlə sonlandırmasına gəldikdə isə bəziləri hesab edirlər ki, ABŞ Prezidenti Rusiyanın “sındırılmasında” yox, müharibənin davam etdirilməsində maraqlıdır.