Putin Avropanı təhdid etdi: “Müharibəyə hazırıq”

02.12.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri Moskvada ABŞ nümayəndələri ilə görüşdən əvvəl Avropanı sülh razılaşmalarını pozmağa cəhd göstərməkdə ittiham edib.

“Avropa özü Ukrayna nizamlanmasından kənara çəkildi. Onların sülh gündəliyi yoxdur və hazırda ABŞ-nin nizamlanma səylərinə mane olurlar. Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür. Rusiya Avropa ölkələri ilə müharibə aparmaq niyyətində deyil, amma əgər Avropa müharibəyə başlasa, Rusiya buna hazırdır və onda Moskvanın danışıqlar aparacağı tərəf qalmayacaq,” – deyə Putin bildirib.

Eyni zamanda o, Avropanın Ukrayna ilə bağlı danışıqlara qayıda biləcəyini istisna etməyib.

Ayşən

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью