Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

03.11.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının və digər səlahiyyətli orqanların aktlarının məcburi icrası zamanı məlumat mübadiləsini nəzərdə tutan sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Axar.az xəbər verir ki, ötən il imzalanmış saziş MDB ölkələrinin səlahiyyətli orqanları arasında məhkəmə qərarlarının icrası üçün zəruri məlumatların mübadiləsini nəzərdə tutur. Söhbət, xüsusilə də, borcluların iş yeri və əmlak vəziyyəti, onların mülkiyyətində olan daşınmaz əmlak və nəqliyyat vasitələri, bank hesabları, kommersiya təşkilatlarındakı payları və digər aktivləri barədə məlumatlardan gedir.

Sazişi səkkiz dövlət – Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью