Putin Bakıda qalib gələn cüdoçunu təbrik edib

12.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatında qızıl medal qazanan İnal Tasoevə təbrik teleqramı göndərib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident Bakıda keçirilən Dünya Çempionatında qızıl medal qazanan cüdoçumuz İnal Tasoevi teleqramla təbrik edib", - deyə Peskov bildirib.

Məlumat üçün bildirək ki, +100 kq çəki dərəcəsində mübarizə aparan İnal Tasoev çempionatın qalibi olub. Turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan Rusiya komandası öz bayrağı və himni ilə çıxış edib.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью