Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Trampın "İrana doğru böyük bir donanma yoldadır" açıqlamasına Rusiya prezidenti Vladimir Putin də reaksiyasız qalmayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu gün Kremldə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanı ilə ikitərəfli görüşdə bu barədə danışıb.
Putin bildirib ki, İran və onun ətrafında cərəyan edən hadisləri çox diqqətlə izləyirlər:
"Ümumiyyətlə, yaxın Şərqdəki vəziyyətlə bağlı dialoqumuz vacibdir. Fələstin-İsrail münaqişə zonasındakı vəziyyəti və Qəzza zolağındakı humanitar durumunn yaxşılaşdırılması istiqamətində birgə səylərimizi dəfələrlə müzakirə etmişik. Əsas məsələ İsrail ilə sülh və təhlükəsizlik şəraitində birgə yaşayacaq Fələstin dövlətinin yaradılmasıdır. Bu, regionda davamlı həll yoluna və uzunmüddətli sabitliyə imkan verəcək. Əlbəttə ki, biz İran xəttindəki mövcud prosesləri da diqqətlə izləyirik."
Samir MUSAYEV
MİA.AZ