Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yanvarın 29-da Rusiya Prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olacaq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla danışıqlar aparacaq.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlarda çoxşaxəli Rusiya-BƏƏ əməkdaşlığının əsas sahələri, Yaxın Şərqdəki mövcud vəziyyət və digər beynəlxalq məsələlər müzakirə olunacaq.