Putin BƏƏ yə Rusiya və Ukrayna arasında mübadilələrdə iştirakına görə təşəkkür edib

29.01.2026

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafındakı vəziyyətin həllində istiqamətində göstərdiyi fəaliyyətə görə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəhbərliyinə təşəkkürünü bildirib və BƏƏ-nin Rusiya ilə Ukrayna arasındakı mübadilələrə verdiyi töhfəni qeyd edib.

Bizimyol.info xəbər verir ki, o, bu açıqlamanı 29 yanvar 2026-cı ildə Kremldə BƏƏ Prezidenti Məhəmməd bin Zəyid Əl Nəhyan ilə danışıqlar zamanı verib.

"Xüsusilə Əmirlik tərəfinin Ukrayna böhranı kontekstində səylərini - onların saxlanılanların mübadiləsinə verdiyi köməyi və Birləşmiş Ərəb Əmirlikləri daxilində müxtəlif formalı əlaqələrin asanlaşdırılmasını qeyd etmək istərdim. Zati-aliləri, biz bunu çox yüksək qiymətləndiririk. Ötən həftə Əbu-Dabidə təhlükəsizlik işçi qrupu çərçivəsində üçtərəfli danışıqların keçirilməsinə, eləcə də nümayəndə heyətimizə göstərdiyiniz diqqətə görə şəxsən sizə minnətdarıq", - deyə Putin vurğulayıb.

BƏƏ Prezidenti öz növbəsində Rusiya liderinə Əbu-Dabinin Moskva ilə Kiyev arasında məhbusların mübadiləsi səylərini dəstəklədiyinə görə təşəkkür edib və qeyd etdi ki, Rusiya ilə BƏƏ arasındakı münasibətlər uzun əməkdaşlıq və tərəfdaşlıq tarixinə əsaslanır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью