Putin Bəhreyn kralına zəng edib

24.06.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Rusiya prezidenti Vladimir Putin və Bəhreyn kralı Həməd bin İsa Əl-Xəlifə arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Qeyd edilib ki, onlar Yaxın Şərqdə problemin tezliklə nizamlanmasına çağırış ediblər və oktyabrda keçirilməsi planlaşdırılan ilk Rusiya-Ərəb sammitini müzakirə ediblər.

Vladimir Putin və Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə ötən həftə baş tutan XXVIII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunu da müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью