Putin Bəşər Əsədlə danışmaq planlarından danışıb | Icma.az
Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya prezidenti Vladimir Putin Suriyanın keçmiş prezidenti Bəşər Əsədi Moskvaya gəldikdən sonra hələ də onunla görüşməyib.
Bu barədə Putin mətbuata açıqlamasında deyib. Prezident bildirib ki, Əsədlə danışmağı planlaşdırır.
"Mən prezident Əsəd Moskvaya gələndən sonra onunla hələ görüşməmişəm, amma bunu etməyi planlaşdırıram" ,-o bildirib.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib.
"Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin "bitdiyini” açıqlayıb.
Bundan sonra Bəşər Əsəd Rusiyadan sığınacaq alıb. O hazırda Rusiyadadır.
Bir neçə gün öncə keçmiş prezident Rusiyaya necə getdiyini şərh edib.
Tam oxu
Xəbəri oxu