Putin bəyan etdi: Arktikanı mənimsəməyə davam edəcəyik

23.01.2026

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Qlobal istiləşmə əvəzinə iqlimin soyuması baş verə bilər. Lakin Rusiya bundan asılı olmayaraq Arktika regionunun mənimsənilməsini davam etdirəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

“Bu gün təkcə Arktika ölkələri deyil, digər dövlətlər də Arktikada baş verən proseslərə maraq göstərir. Bu mövzu bir tərəfdən maraqlı və əyləncəli görünsə də, digər yandan son dərəcə önəmlidir”, – Putin vurğulayıb.

Qeyd edək ki, ABŞ-da müşahidə olunan rekord soyuqlar fonunda prezident Donald Trump da qlobal istiləşmə mövzusunu istehzalı şəkildə şərh edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью