Putin Braziliya prezidenti ilə Venesueladakı vəziyyəti müzakirə edib

14.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Rusiya prezidenti Vladimir Putin Braziliya Prezidenti Lula da Silva ilə telefonla danışıb.

APA-nın Moskva bürosu Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər Venesueladakı vəziyyəti müzakirə ediblər.

Putin və Lula da Silva Rusiya və Braziliyanın Bolivar Respublikasının dövlət suverenliyinin və milli maraqlarının təmin edilməsi ilə bağlı ortaq prinsipial yanaşmalarını vurğulayıblar.

Tərəflər Latın Amerikasında və digər regionlarda gərginliyin azaldılmasına nail olmaq üçün səyləri əlaqələndirməyə davam etmək barədə razılığa gəliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью