Putin: BRİKS iqtisadi göstəricilərə görə G7 dən üstündür

07.07.2025

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Putin iqtisadi göstəricilərdə BRİKS-in G7-dən üstün olduğunu bəyan edib.

Banco.az xəbər verir ki, sammitinin plenar iclasında videobağlantı vasitəsilə çıxış edən Rusiya prezidenti  bildirib ki, assosiasiya iqtisadi göstəricilərinə görə digər assosiasiyalardan, o cümlədən G7-dən dəfələrlə üstündür .

Rusiya lideri qeyd edib ki, G7 ölkələrinin 2025-ci ilə olan ümumi ÜDM-i əslində dörddə bir azdır.

"BRİKS ölkələri təkcə yer kürəsinin üçdə birini və planet əhalisinin demək olar ki, yarısını deyil, həm də dünya iqtisadiyyatının 40 faizini təşkil edir", - deyə o bildirib. Putin əlavə edib ki, BVF- nin cari il üçün məlumatlarına görə, alıcılıq qabiliyyəti paritetində ümumi ÜDM 77 trilyon dollara çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью