Putin Britaniyada keçiriləcək G20 sammitinə dəvət olunmayacaq Börnhem

05.11.2026

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Rusiya Prezidenti Vladimir Putinin gələn il ölkəsində keçiriləcək G20 sammitinə dəvət olunmayacağını bildirib.

Turkustan.az xəbər verir ki, Börnhem bu barədə “The Economist” nəşrinə müsahibəsində danışıb.

Putinin gələn ilin noyabrında keçiriləcək G20 liderlərinin sammitinə dəvət edilib-edilməyəcəyi ilə bağlı suala Börnhem “Xeyr. Administrasiyanın yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar var”, – deyə cavab verib.

Bununla yanaşı, o, sammitə dəvətnamələrlə bağlı qərarın Böyük Britaniya tərəfindən deyil, G20 tərəfindən verildiyini dəqiqləşdirib.

“Dəvətnamələrlə bağlı bəzi texniki məqamlar var. Bildiyim qədərilə, bu qərarı Böyük Britaniya deyil, G20 verir. Başqa sözlə, texniki baxımdan bu, mümkündür, lakin o, sanksiyalara görə gəlməyəcək”, – deyə Börnhem bildirib.

Aytən Yaşar/Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью