Putin bu ilin sonunda Hindistana səfər edəcək

08.08.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin sonunda Rusiya Prezidenti Vladimir Putin Hindistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi özünün “X” hesabında Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı ilə bağlı məlumat verərkən bildirib.

O, Putinlə ətraflı və məhsuldar söhbət apardığını, ikitərəfli münasibətlərin inkişafının müzakirə olunduğunu qeyd edib.

Tərəflər iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Əlavə olaraq, Ukrayna mövzusunda da fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью