Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putin Skandinaviya liderləri ilə telefon danışığının böyük hissəsini orta əsr slavyanlarının tarixi haqqında mühazirə oxumağa sərf edib.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
“Telefon danışığı zamanı Putin müharibəyə necə son qoyulacağına dair əsas məsələləri müzakirə etmək əvəzinə Kreml tərəfindən “münaqişənin köklü səbəbləri” adlandırılan məsələlərlə bağlı uzun və sərt çıxış edib. Ukraynanın əsas tələbi olan dərhal atəşkəs perspektivi demək olar ki, müzakirə olunmayıb. Skandinaviya liderləri də Putinin Avropa ilə dialoqa girmək məsələsində nə dərəcədə ciddi olduğunu anlamaq üçün onun sözünü kəsməməyə qərar veriblər”, - məlumatda qeyd olunub.
Norveçin Baş naziri Yonas Qar Störe qəzetin məlumatını təkzib edib və bildirib ki, Putin vəziyyətlə bağlı öz versiyasını təqdim etmək imkanı istəyib və bu kontekstdə 2014-cü ildən bu günə qədər olan tarixi danışıb.
Qeyd edək ki, bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı aparmışdı.