Putin bu məlumatların yayılmasını qadağan etdi

29.09.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Rusiya neft emalı zavodlarında yanacaq emalı və istehsalının həcmi, benzin və dizel yanacağının satışı, eləcə də onların nəql marşrutları ilə bağlı məlumatlara çıxışı məhdudlaşdırıb.
Yeniavaz.com
xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin 28 sentyabrda imzaladığı fərmana əsasən, bu cür məlumatların media və internet vasitəsilə yayılması qadağan olunub.
Qadağa yalnız şirkətlərin özləri tərəfindən ictimaiyyətə açıqlanan hesabatlara şamil edilmir.
Sərəncamda məhdudiyyətlərin səbəbi kimi ABŞ-nin və onu dəstəkləyən xarici dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların beynəlxalq hüquqa zidd olan qeyri-dost hərəkətlərinə cavab olaraq təcili tədbirlərin görülməsi zərurəti göstərilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью