Putin bu məqsədinə çatana qədər dayanmayacaq Bolton

01.12.2024

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Trampın prezidentliyi Qərb və Ukrayna üçün yaxşı heç nə vəd etmir.

Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton deyib.

O bildirib ki, Trampın andiçməsindən sonra Kiyevə yardım azalacaq, Rusiya ilə danışıqlar sürətləcənək.

Bolton həmçinin Avropanın da Ukraynaya yardımının azalacağını söyləyib, çünki AB-nin özü Rusiya ilə kommersiya əlaqələrini yeniləməyə çalışır.

“Bayden Ukraynaya üç illik yardım proqramının reallaşdırmasını gecikdirərək ABŞ-ın maraqlarını təhdid altında qoyub. Tramp dövründə əldə olunacaq sülh razılığı isə müvəqqəti olacaq”, – Bolton qeyd edib.

O, Putinin imperiyası tam bərpa olana qədər dayanmayacağını söyləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью