Putin: Bu, müharibənin davam etməsi deməkdir

12.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib.

"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Avropa ölkələri Ukraynada xarici qoşunların mövcudluğunun Rusiya üçün qəbuledilməz olduğunu bildirən Moskvanın mövqeyindən xəbərdardır.

Putin həmçinin xəbərdarlıq edib ki, "boz zonalar"ın saxlanması istənilən razılaşmanı qeyri-sabit edəcək və uzunmüddətli sülhə mane olacaq. Onlayn mağaza


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью