Putin bu ölkəyə gedir

05.03.2025

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Rusiya Prezidenti Vladimir Putin bu il mütləq Hindistana səfər edəcək". SİA xəbər verir ki, bu barədə “RİA Novosti” yə dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

“Hələ bunu demək çətindir. Biz dəvət almışıq, amma bildiyimə görə, tərəflər hələ ki, konkret tarixlərlə bağlı danışıqlara başlamayıb. Amma bu, mütləq bu il səfər olacaq”, - Kremlin sözçüsü Rusiya liderinin Hindistana nə vaxt səfər edə biləcəyi ilə bağlı suala cavab verib.

Hindistanın baş naziri Narendra Modi daha əvvəl Putini 2025-ci ildə Hindistana səfərə dəvət etmişdi.

Yanvarın 26-da Putin Rusiya ilə Hindistan arasındakı münasibətləri xüsusilə imtiyazlı strateji tərəfdaşlıq adlandırıb. O, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinin “dost xalqlarımızın əsas maraqlarına cavab verdiyini” bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью