Putin: Bu problemi dəfələrlə İlham Əliyevlə müzakirə etmişik

02.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

"Xəzərin dayazlaşması məsələsi Rusiya, Qazaxıstan və Azərbaycan prezidentlərinin görüşlərində dəfələrlə müzakirə olunub".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Vladimir Putin Gənc Alimlər Konqresinin iştirakçıları ilə görüş zamanı bildirib .
Vladimir Putinin sözlərinə görə, Xəzər dənizinin dayazlaşması problemləri əvvəllər Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdə müzakirə olunub, bu yaxınlarda isə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə söhbətində bu mövzu qaldırılıb.
“Xəzərin dayazlaşması hər kəsi narahat edir. Və əlbəttə ki, bundan açıq-aydın və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, - Putin bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью