Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Böyük Qələbənin xatirəsini bölüşməyə hazır olan bütün xarici qonaqları görməkdən şad olacaq.
Axar.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, 2025-ci il 9 mayda Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş paradın keçiriləcəyi gözlənilir. Dmitri Peskov faşizm üzərində Qələbənin 80 illiyini qeyd etmək üçün xarici dövlətlərin rəhbərlərinin dəvət ediləcəyini açıqlayıb.