“Putin bundan istifadə edəcək” Blinken Ukraynada atəşkəsin əleyhinədir AzPolitika onlayn siyasiictimai qəzet

19.12.2024

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vəzifəsini tərk etmək üzrə olan ABŞ Dövlət katibi Antoni Blinken Rusiyanın “əsas tələbləri” yerinə yetirməyəcəyi təqdirdə Ukraynada atəşkəsin yolverilməz olduğunu düşünür.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Blinken Putinin atəşkəsdən öz ordusunu gücləndirmək üçün istifadə edəcəyini deyib: “Putin üçün istənilən atəşkəs orduya istirahət vermək, silahlanmaq və münasib olanda yenidən hücuma keçmək imkanı kimi qəbul edilir”.

Onun fikrincə, atəşin dayandırılması yalnız “əsas tələblərin yerinə yetirilməsini təmin edəcək şərtlərlə” mümkündür: “Əgər bu (atəşkəs - red.) Rusiyanın gələcək təcavüzünün qarşısını alacaq zəruri razılaşmaları, zəmanətləri və öhdəlikləri ehtiva edərsə, mümkündür”.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью