Putin bundan xəbərsizdir, bilsəydi, söhbəti açmazdı Paşinyan

02.04.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Əgər Rusiya Prezidenti Vladimir Putin Ermənistan Konstitusiya Məhkəməsinin xarici pasportu olan şəxslərin seçkilərdə iştirakına icazə vermədiyini bilsəydi, xüsusən də ölkəsinin böyüklüyünü nəzərə alaraq, bunu açıq şəkildə müzakirə etməzdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Paşinyan ildirib ki, Vladimir Putin hər detallara vaxt ayıra bilməzdi:

“Fikrimcə, bu incə məqam barədə ona məlumat verilməyib. Onun Ermənistanın qanun və konstitusiyası ilə bağlı bütün detalları öyrənməsi vacibdir? Əlbəttə ki, yox. Ona əvvəlcədən lazımi məlumatlar təqdim olunmalı idi. Mən isə mövcud məlumatlar tam verilmədiyi üçün onu xəbərdar etdim ki, belə bir incə nüans mövcuddur. Nəticədə olaraq Rusiya prezidenti lazımi məlumatlarla təmin olunmamışdı, mən isə ona bunu çatdırdım”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью