Putin bunu istəyir, rus dili Ukraynada ikinci dövlət dili olmalıdır

24.02.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya və Ukrayna arasında 2022-ci ilin yazında İstanbul razılaşmaları yeni sülh sazişinin əsasını təşkil etməlidir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Putin bunu dəfələrlə bəyan edib. Bunu Trampın xüsusi nümayəndəsi Uitkoff da deyib. Həmin müqavilədə əsas məsələ Ukraynanın demilitarizasiyası, yəni Ukrayna qüvvələri üçün silahların məhdudlaşdırılmasıdır. Və rus dili Ukraynada ikinci dövlət dili olmalıdır", - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью