Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin Şərqi Ukraynanın “dxr” və “lxr” bölgələrinin tam təhvil verilməsi müqabilində atəşkəs təklifi irəli sürüb.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Məlumata görə, bu təklif ABŞ Prezidenti Donald Tramp administrasiyasına təqdim olunub.
Ukrayna Prezidenti Vladimir Zelenski isə bir daha bəyan edib ki, hər hansı ərazi güzəşti müzakirə mövzusu ola bilməz və bu, Ukrayna Konstitusiyasına ziddir.