Icma.az, Axar.az saytına istinadən bildirir.
Çin Rusiyaya bərabərhüquqlu tərəfdaş kimi yanaşdığına dair görüntü yaratmağa son qoyub. Şençjendə keçirilən sammitdən çıxarılan əsas nəticə budur.
Axar.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib.
“Putin uzun müddətdir ki, Rusiya, Çin və ABŞ-ın dünyanı öz aralarında bölüşdürəcəkləri bir "Böyük Üçlük" masası xəyalını qururdu. Lakin Kremlin xahişi ilə təşkil olunan sammit tamamilə fərqli bir güc balansını üzə çıxardı.
Çinlilər sözün əsl mənasında Putinə yerini göstərdilər, daha dəqiq desək, Si Szinpinin həyat yoldaşının yanını”, - Sikorski bildirib.