Bakupost saytına istinadən Icma.az xəbər verir.
Rusiya qoşunları cəbhədə strateji üstünlüyü qoruyub saxlayır və Ukrayna Silahlı Qüvvələrinin hücumları bu vəziyyəti dəyişə bilməz.
Bakupost.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Rusiya qoşunları bütün istiqamətlərdə irəliləməni davam etdirir:
“Qoşunlarımız strateji üstünlüyü qoruyub saxlayır, inamla irəliləyir. Heç bir atəş zərbəsi və ya PUA hücumu bu vəziyyəti dəyişə bilməz”, – Putin qeyd edib.