Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla keçirilən görüşü diplomatiya tarixində yeni səhifə adlandırıb.
525.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
O bildirib ki, danışıqlar səmimi atmosferdə keçib və tərəflərə bir-birinin mövqelərini daha yaxşı anlamağa imkan verib. Putin bu cür üçtərəfli görüşlərin davam edəcəyinə ümidvar olduğunu bildirib.
O qeyd edib ki, sammitdə təhlükəsizlik məsələləri ən geniş mənada müzakirə olunub. Bir sıra əsas istiqamətlər üzrə tərəflər arasında qarşılıqlı anlaşma əldə edilsə də, bütün məsələlərlə bağlı konkret razılaşmalara nail olunmayıb.
“Bir sıra əsas istiqamətlər üzrə mövqelərin uyğunlaşdırılması zamanı razılaşma əldə edilməsə belə, qarşılıqlı anlaşma mövcud olub”, - Putin jurnalistlərə bildirib.
Vaşinqtonla münasibətlərə toxunan Rusiya Prezidenti Trampın Ukrayna münaqişəsini nizama salmaqda və Rusiya ilə ABŞ arasında əməkdaşlığı qurmaqda səmimi niyyətinə əminliyini ifadə edib.
Putinin sözlərinə görə, ABŞ administrasiyasının mövqeyi nikbinlik yaradır. Bununla belə, Vaşinqtonla münasibətlərdə əldə olunan razılaşmaları hər zaman praktiki müstəviyə keçirmək mümkün olmur.
Avropa təhlükəsizliyi sahəsində Rusiyanın tələblərindən danışan Putin bildirib ki, görüş zamanı bu tələblər ətraflı şəkildə ifadə edilməyib. Bununla belə, o, həmin tələbləri qanuni hesab etdiyini vurğulayıb.
Rusiya Prezidenti Rusiya-Çin-ABŞ üçtərəfli formatını uğurlu adlandırıb. Eyni zamanda, o, gələcəkdə bəzi qərarların digər formatlarda da qəbul edilə biləcəyini istisna etməyib.
Pərvanə Sultanova