Putin Çində Cənubi Koreya və Yaponiya liderləri ilə görüşüb

19.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya prezidenti Vladimir Putin Şençjendə keçirilən APEC sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Çje Myonq və Yaponiya baş naziri Sanae Takaiçi ilə görüşüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Korey baş naziri ilə görüş barədə “Yonhap” məlumat yayıb.

Bildirilib ki, görüş təxminən 10 dəqiqə davam edib. Cənubi Koreya rəsmisinin jurnalistlərə verdiyi məlumata görə, liderlər Rusiya və Cənubi Koreyanın “heç bir maneənin olmadığı sahələrdə” qarşılıqlı fəaliyyət göstərəcəyi barədə anlaşma əldə ediblər.

Kreml Putinin Cənubi Koreyalı həmkarı ilə görüşünü rəsmən təsdiqləməyib.

Yaponiyanın baş naziri Sanae Takaiçi Rusiya lideri ilə ilk birbaşa danışıqları irəliyə doğru mühüm addım adlandırıb. Yaponiya rəsmiləri bildiriblər ki, Putinlə Takaiçi arasında danışıqların mövzusu ikitərəfli münasibətlər və yapon jurnalist İmai Yukinin Rusiyada casusluqda şübhəli bilinərək saxlanılması olub. Kreml bu görüş barədə də rəsmi açıqlama verməyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью