Putin Çində donuz qulaqları sifariş verib

27.11.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri zamanı Çin mətbəxinin bəzi yeməklərini, o cümlədən donuz ayaqlarını və qulaqlarını bir neçə dəfə sifariş edib.

Axar.az xəbər verir ki, bu barədə “Conrad Shenzhen” otelinin restoranının baş aşpazı Ou Qotsin deyib.

O bildirib ki, yeməklərin bir hissəsi Putinin təyyarədə özü ilə aparması üçün qablaşdırılıb:

“Bizim duzlu suda bişirilmiş donuz ayaqlarımız və donuz qulaqlarımız çox dadlı alınır. Prezident onların dadına baxdı və ertəsi gün xüsusi olaraq yenidən sifariş verdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью