Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Prezidenti Vladimir Putinin Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq ölkələrinin Çinin Şençjen şəhərində keçirilən sammitində çıxışı diqqəti cəlb edib.
“Cebheinfo.az” xəbər verir ki, Putin çıxışında Rusiyanın Asiya ölkələri ilə iqtisadi əlaqələrini genişləndirəcək “Böyük Avrasiya Tərəfdaşlığı ” yaratmağı təklif edib. Bu barədə “The Financial Times” yazır. Qəzet qeyd edir ki, Rusiya prezidenti əvvəllər dominant olan gücləri rəqiblərin inkişafını məhdudlaşdırmağa çalışmaqda günahlandırıb və misli görünməmiş sanksiya təzyiqinin nəticədə Qərb dövlətlərinin özünə, ilk növbədə Avropa İttifaqına zərər vurduğunu bildirib. Rusiya prezidenti ölkənin üzləşdiyi çətinliklərin öhdəsindən gəldiyini və xarici təzyiqin iqtisadi inkişaf üçün əlavə stimula çevrildiyini deyib.
O, həmçinin Rusiyanın təcrübəsini Asiya-Sakit Okean regionu ölkələri ilə bölüşməyi təklif edib. Putin bildirib ki, Avropa İttifaqı sənaye potensialını və rəqabət qabiliyyətini itirir, Rusiya isə daxili inkişaf üçün xarici təzyiqdən istifadə edir. Putinin sözlərinə görə, dünyada böyük dəyişikliklər baş verir və Asiya-Sakit Okean regionundakı dövlətlər getdikcə öz müstəqilliklərini gücləndirməkdə maraqlıdırlar.
Rusiya lideri bunu, uğurlu rəqiblərin inkişafına mane olmağa çalışan güclərin siyasəti ilə müqayisə edib. Putin Rusiyanın xarici ticarət dövriyyəsinin yarıdan çoxu artıq Asiya-Sakit Okean regionundan gəldiyini bəyan edib. O, Moskvanın Asiya Sakit Okean Regionu İqtisadi Əməkdaşlıq ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirməyə davam etmək niyyətində olduğunu deyib. Vladimir Putin Rusiyanın 2035-ci ildə təşkilata sədrlik etmək üçün namizədliyini irəli sürüb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin