Putin Çinə dəvət olundu

04.02.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinin 2026-cı ilin əvvəlində Çinə rəsmi səfər etmək dəvətini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
O qeyd edib ki, söhbət zamanı Prezident Si Cinpin Vladimir Putini ilin birinci yarısında Çinə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib, vaxtı və detalları daha sonra müzakirə olunacaq.
Qeyd edək ki, fevralın 4-də Putin və Si Cinpin videokonfrans vasitəsilə danışıqlar aparıblar. Söhbət zamanı Rusiya lideri Moskva ilə Pekinin xarici siyasət əlaqələrinin artan qlobal gərginlik fonunda mühüm sabitləşdirici amil olaraq qaldığını vurğulayıb.
O, Rusiyanın həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də beynəlxalq təşkilatlarda Çinlə ən sıx koordinasiyanı davam etdirməyə hazır olduğunu bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью