Putin Çinə gedir: Trampla görüş...

27.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Trampla görüşə bilər.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, liderlərin sammit çərçivəsində bir araya gəlmələri üçün yaxşı fürsət olacaq. Bunun ayrı bir üçtərəfli görüş, yoxsa bir sıra ikitərəfli görüşlər formatında baş tutacağını söyləmək çətindir. Bununla belə, artıq dəqiqdir ki, həm Putin, həm də Szinpin Çində görüşməyə razılaşıblar”, - Peskov bildirib.

Qeyd edək ki, APEC sammiti 18-19 oktyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью