Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin iki günlük işgüzar səfərlə Çinin Şençjen şəhərinə gəlib.
Bizim.Media xəbər verir ki, burada son dövrlərin ən mühüm geosiyasi hadisələrindən biri – APEC sammiti və Rusiya, ABŞ və Çin liderlərinin danışıqları keçiriləcək.
Çinin Şençjen şəhərində APEC-ə üzv iqtisadiyyatların liderlərinin 33-cü görüşü başlayır.
Çərşənbə günü keçiriləcək biznes forumunda Rusiya Prezidenti Vladimir Putin də çıxış edəcək. Günlərin ən mühüm hadisələrindən biri isə bütün dünyanın diqqətini cəlb edən üçtərəfli görüş olacaq.
Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin tarixdə ilk dəfə üçtərəfli görüşü planlaşdırılır.
Bizim.Media